Google Pixel 3 XL smartfonunun displeyi gözləntilərdən daha üstün performans göstərib. Belə ki, yeni Pixel displeyi keyfiyyət baxımından iPhone XS Max və Galaxy Note 9 kimi flaqmanları geridə qoyub. DisplayMate labaratoriyasının ekspertləri belə bir nəticəyə gəlib. Yeganə mənfi cəhət kimi displeyin işıqlanması göstərilib.
Displeyin baxış bucaqları mükəmmələ yaxın hazırlanıb. Belə ki, 30 dərəcə bucaq altında işıqlanma cəmi 28% azalır (55% normal nəticə hesab olunur). iPhone XS Max və Galaxy Note 9 smartfonlarında nəticələr müvafiq olaraq 25 və 27%-dir, lakin ekranın gün işığında əks etmə dərəcəsi bu flaqmanlarda daha çox olduğu üçün Pixel 3XL ekranı önə keçir.