spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияBu gün "Qafqaz City Hoteli"ndə "Global Influencer Day" tədbirinin mətbuat konfransı keçirilib

Bu gün «Qafqaz City Hoteli»ndə «Global Influencer Day» tədbirinin mətbuat konfransı keçirilib

Oktyabrın 27-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü”nün təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” media nümayəndələri üçün tədbir ərəfəsində sonuncu mətbuat konfransını təşkil etdilər.

Tədbirə son hazırlıq işlərinin vəziyyəti barədə “Keepface DMCC”-nin həmtəsisçisi Vaqif Abbasov danışdı: “Mərasimdə 1300 nəfərin iştirakı gözlənilir. Tədbirdə robot Sofiyanın açılış nitqi olacaq. Daha sonra süni intellekt barədə suallar cavablandırılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi “İnnovasiya Həftəsi” layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan «Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq”.

Vaqif Abbasovun dediyinə görə, tədbir zamanı «Keepface» şirkəti 2019-cu ildə çıxarmağı planlaşdırdığı «keepkoin» kriptovalyutasının hazırlanma mərhələlərini də açıqlayacaq: «Daha öncə kriptovalyuta yaratmağa cəhdlər oldu, lakin beynəlxalq bazarda kriptovalyutaların dəyəri aşağı düşdüyündən planımızı bir müddətliyə təxirə saldıq. Artıq beynəlxalq bazarı daha geniş araşdırmışıq və 2019-cu ildə «keepkoin»i bazara çıxarmağı hədəfləmişik. “Keepface» şirkəti 2016-cı ildə təsis edilib. Şirkət hazırda Şimali Afrika, ərəb ölkələri, keçmiş sovet məkanı və latın Amerikası daxil olmaqla, 35 ölkədə fəaliyyət göstərir və 2019-cu ildə isə ABŞ və Çin kimi böyük bazarlara daxil olmağı planlaşdırır”.

“Global Influencer Day”-in Baş Sponsoru olan “Gilan Holding”-in Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Məmmədov tədbirin əhəmiyyətindən danışaraq təşkilatçıları belə bir tədbirin ərsəyə gətirdikləri münasibətilə təbrik etdi.

“Global Influencer Day”-in Bank Sponsoru Azərbaycan Beynəlxalq Bankının Marketinq Departamentinin rəhbəri Nigar Tahirova bu tədbiri cəmiyyətimizin inkişafı üçün faydalı tədbir və təşəbbüs kimi qiymətləndirdi. N. Tahirova növbəti günlər ərzində “Global Influencer Day” çərçivəsində faydalı məlumatlarla zəngin maraqlı sessiyaların olacağını əminliklə qeyd etdi. Nigar Tahirovanın dediyinə görə, dünyada innovasiya və yeni texnologiyaların tətbiqində banklar mühüm rol oynayır və bunu dəstəkləyirlər. Azərbaycan Beynəlxalq Bankının da yeniliklərin tətbiqində mühüm rol oynadığını qeyd edən N.Tahirova misal kimi, ilk milli prosesinq mərkəzinin yaradılması, milli bankomatın quraşdırılması, viza, master və american express kimi kartların Azərbaycanda tətbiqini və s. göstərdi.

“Global Influencer Day”-in GSM Sponsoru olan Azercell-in korporativ kommunikasiyalar meneceri Nigar Şıxlinskaya da təmsil etdiyi şirkətin müasir texnologiyalardan istifadə etməsindən və buna önəm verməsindən danışdı. N.Şıxlinskaya hesab edir ki, innovativ inkişaf bütün sahələri əhatə edəcək və bununla da bu sahələrin bir birləri ilə bağlılığını təmin edəcək. Bu baxımdan, Nigar xanım Qlobal İnfluenser Gününün keçirilməsini ölkənin inkişafı baxımdan mühüm hadisə adlandırdı və təşkialtçıları bu uğurla bağlı təbrik etdi.

Tədbirin sonunda xarici influenserlər və məruzəçilər mövzu ilə bağlı fikirlərini bildirdilər.

“Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq baş tutacaq beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan Sofia ilə ünsiyyət qurmaq imkanı yaranacaq. Sofia insanaməxsus 60 təəssürratı (gülmək, yuxulamaq, təssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və.s) ifadə etmək bacarığına sahibdir. İndiyədək 40 ölkəyə səfər edən Sofia ingilis və rus dillərində sərbəst danışır, ünvanlanmış suallara məntiqli cavablar verir. Onun hətta öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində Sofia “Qlobal İnfluenser Günü” keçirilən Heydər Əliyev Mərkəzinin səhnəsinə Azərbaycan milli geyimində çıxacaq.

Xatırladaq ki, “Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Keepface markaları və influenserləri birləşdirən, onların bir-biriylə əməkdaşlığını avtomatlaşdıran bir platformadır. Dünyanın 35 ölkəsində fəaliyyət göstərən Keepface-in 14000-dən artıq influenseri var.

Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, “ADA” Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CELA və CAMCA network tərəfindən dəstəklənir. “Leo Burnett Azərbaycan”, “Mediamark”, “Adzone”, “Canvas”, “Times Consulting”, “Alibayov Communication & Consulting”in müxtəlif aspektlərdə kömək etdiyi “Qlobal İnfluenser Günü”nün baş sponsoru Gilan Holding, bank sponsoru Azərbaycan Beynəlxalq Bankı, GSM sponsoru Azercell və digər sponsorlar Astrolabs, Vita1000, iTicket.az, Vitam, SOCAR AQS, “Zeytun Bağları”, Qafqaz Hotels and Resorts, pwc, Sat Group, Mars Academy, Roof Academy, Barattson, Paym.es, Prima.az və s.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -