Vertu şirkəti bazara yeni Aster P modeli ilə qayıdıb. Cihaz öncəki modellərə çox bənzəyir: dizayn, korpusun materialı, qiymətlər demək olar ki, eynidir. Maraqlısı budur ki, Vertu-nun rəsmi saytında qeyd edilməsə də, Aster P artıq JD.com saytında satışa çıxarılıb.
Texni göstəricilərə nəzər salsaq görərik ümumən cihaz müasir smartfonlardan geri qalır. Lakin, maraqlı elementlər çoxdur. 5 düymlük AMOLED displey (Full HD), Qualcomm Snapdragon 660, 6 GB RAM və 128 GB daxili yaddaş, 3200 mAh batareya, 12 mp əsas kamera və 20 mp ön kamera, USB-C port, NFC və hətta sürətli enerji yığma texnologiyası da mövcuddur. Smartfonun çəkisi 220 qr təşkil edir. Əməliyyat sistemi Android 8.1-dir.
Lüks elementlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, smartfon əl ilə İngilitərədə yığılır. Cihazın titandan çərçivəsi var, 133 karatlıq sapfir şüşə isə displeyi örtür. Dəri örtük də mövcuddur (timsah dərisi). 14,000 dollardan biraz baha olan Dazzling Gol versiyası isə qızıl ilə bəzədilib.