Xiaomi brendinin son zamanlar smartfon bazarındakı uğuru qiymət və keyfiyyət göstəricilərinin optimal balansda saxlaması ilə əlaqədardır. Belə ki, şirkət flaqman modellərin qiymət həddini təxminən 290 dollarda saxlamağı planlayır.
Son zamanlar komponentlərin qiymət artımı ilə əlaqədar Xiaomi smartfonları da bahalaşmışdı: təxminən 450-580 dollar arası (kiçik flaqmanlar üçün). İndi isə Xiaomi marjanı 5%-dən çox qaldırmayacağına dair söz verib və qiymətləri endirib. Köhnə qiymətlə ilk flaqman isə Xiaomi Mi Mix 3 ola bilər, hansı ki Snapdragon 845 prosessoru və Oppo Find X modelində olan hərəkət edən kamera paneli ilə təchiz ediləcək.