Lenovo şirkəti yeni 3 ədəd Tab E tipli planşet təqdim edib. Tab E7 ən kiçik modeldir və qiyməti cəmi 70 dollar təşkil edir. Cihaza MediaTek MT8321 prosessoru (3G dəstəkli), M8167 (yalnız Wi-Fi dəstəkli) quraşdırılıb. 1 GB RAM, 16 GB daxili yaddaş, SD card slotu, 2750 mAh batareya, GPS, Bluetooth, 2 mp / 0.3 mp kameralar cihazın digər göstəriciləridir.
Tab E8 planşeti 100 dollara təqdim edilir. Bu cihaza MediaTek MT9163B prosessoru quraşdırılıb, 1280 X 800 tipli İPS displey, 2 mp / 5 mp kameralar, 4850 mAh batareya bu planşetin E7-dən fərqli olan göstəriciləridir.
Ən böyük model olan Tab E10 Qualcomm Snapdragon 210 prosessoru ilə çalışır. Burada 2 GB RAM və 16 GB daxili yaddaş var. Digər göstəricilər isə E8 ilə eynidir. Yalnız qiymət 120 dollar təşkil edir.