Smartisan şirkəti çox da məşhur olmayan Çin smartfon istehsalçısıdır. Lakin, son mətbuat konfransında şirkətin başçısı Lao Luo maraqlı açıqlama verib.
Belə ki, Smartisan şirkəti yeni əməliyyat sistemi hazırlayır, hansı ki, Android əsasında hazırlanmayacaq. Qeyd edilir ki, yeni əməliyyat sistemi mobil cihazları kompüterlərlə birləşdirir. TNT stansiyalarından istifadə ediləcəyi deyilən bu əməliyyat sistemi haqqında ətraflı məlumatın yaxın aylarda paylaşılacağı gözlənilir.