Samsung şirkətinin Galaxy S+ və Galaxy Note modellərini birləşdirəcəyini sizə bildirmişdik. İndi isə, yayılan məlumatlara görə Samsung şirkəti bəzi modelləri satışdan çıxaracaq. Bunlar Galaxy C, Galaxy J və Galaxy On modelləridir.
Onların əvəzinə iki yeni seriya çıxarılacaq — Galaxy R və Galaxy P. Qeyd edilir ki, Galaxy P modeli 2018-ci ilin sonunadək təqdim ediləcək. Ola bilər ki, bu seriya yalnız Çin bazarı üçün çıxarılsın, Galaxy R isə dünya bazarı üçün. Digər detallar haqqında məlumat yoxdur.