The Bell resursu qeyd edir ki, Galaxy S10+ smartfonu qoşa ön kamera modulu ilə təchiz ediləcək. Oxşar sistem Galaxy A8 və A8+ smartfonlarında da istifadə edilir ki, bu da selfi-kamera ilə portret rejimində şəkillər çəkməyə imkan yaradır.
Qeyd edilir ki, məhz bu qoşa modul Face ID texnologiyasında istifadə ediləcək. Xatırladaq ki, Samsung Galaxy S10 üç versiyada təqdim ediləcək. Onlardan biri əlçatan model olacaq. Belə ki, üçüncü modeldə əyilmiş ekran, qoşa əsas kamera və ekranın altına quraşdırılan barmaq izi skaneri olmayacaq. Bu da smartfonun qiymətini əhəmiyyətli dərəcədə aşağı salacaq.