Smartfonlar üçün yenicə təqdim edilən Corning Gorilla Glass 6 ardınca şirkət digər cihazlar üçün də bir neçə müdafiə şüşəsini təqdim edib. Söhbət Gorilla Glass DX və DX+ şüşələrindən gedir, hansılar ki, Gorilla Glass SR+ şüşəsinin davamçılarıdır.
Qeyd edilir ki, bu şüşələr daşınan cihazlar üçün nəzərdə tutulsa da, yaxın gələcəkdə smartfonlarda da istifadə oluna bilər. Gorilla Glass DX və DX+ şüşələri displeyin oxunma xüsusiyyətini yaxşılaşdırır, adi şüşədən fərqli olaraq işığı 75% daha effektiv yayındırır, rəng çalarları 50% daha yaxşı ayırd edilir.