Microsoft şirkəti istifadəçi məlumatlarını FTB-yə (Federal Təhqiqat Bürosu) təqdim etməkdən imtina etmişdi və buna görə də ABŞ dövləti ilə məhkəmədə üz üzə gəlmişdi. Məhkəmənin yekun qərarına əsasən isə Microsoft istifadəçilərin xarici serverlərdə yerləşən məlumatlarını belə ABŞ dövlətinə təqdim etməli olacaq. Üstəlik, qanunvericiliyə əsasən bu qərar bütün İT şirkətlərə aid edilir — Google, Apple və s.
Xatırladaq ki, ABŞ dövləti bir istifadəçinin yazışmalarını təhlükəsizlik baxımından əldə etmək istəyirdi. Həmin istifadəçinin məlumat serveri isə İrlandiyada yerləşirdi. Microsoft məhkəmədə ABŞ dövlətinə ilk olaraq İrlaniya dövlətindən icazə alınmasını, daha sonra isə Microsoft ilə danışıq aparmasını tövsiyyə etmişdi. Məhkəmənin qərarı İT şirkət üçün neqativ oldu. Bundan əlavə, ABŞ qanunvericiliyinə «Bulud qanunu» (Cloud Act) adlı maddə əlavə edildi ki, bu da dövlət təhlükəsizlik qurumularının istənilən istifadəçinin məlumatlarını əldə edəcəyi anlamına gəlir.