spot_img
1 мая, 2024
ДомойТехнологииАвтомобилиElon Musk Tesla elektromobillərinin Türkiyədə satış tarixini açıqlayıb

Elon Musk Tesla elektromobillərinin Türkiyədə satış tarixini açıqlayıb

Elon Musk Twitter sosial şəbəkəsində potensial alıcı İsa Yeterin Tesla Roadster 2-nin nə vaxt Türkiyəyə gələcəyi haqqında sualına cavab verib.

Elon

İsa Tesla Roadster-i test-drayv etmək üçün xüsusən Kaliforniyaya səfər edib, lakin bu mümkün olmayıb. Elon Musk sosial şəbəkədə İsaya bildirib ki, elektrik superkar Türkiyədə 2019-cu ilin sonlarından etibarən satışa çıxarılacaq. Ümumiyyətlə isə Tesla elektromobillərinin Tükiyədə premyerası bu ilin sonunda baş tutacaq və Elon Musk özü şəxsən tədbirdə iştirak edəcək.

Xatırladaq ki, Tesla Roadster cəmi 1.9 saniyəyə 96.5 km/saat sürətlənəcək. Elektromobilin maksimal sürəti 400 km/saat təşkil edəcək ki, bu da 3 elektrik mühərrikin sayəsində baş tutacaq. Bir dəfə enerji yığmaqla elektromobil 1000 km məsafə qət edə biləcək. Tesla Roadster 2020-ci ildən etibarən istehsal ediləcək və təxmini 200.000 dollara satışa çıxarılacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -