E-Pul.az-da yenilik! Artıq E-Pul.az ödəmə portalı vasitəsilə DYP cərimələrini onlayn öyrənmək və ödəmək mümkündür.
Bunun üçün Ana səhifənin Cərimələr kateqoriyasında Daxili İşlər Nazirliyi bölməsinə daxil olub, Cərimə protokolunun seriya və nömrəsini daxil etmək lazımdır.
E-Pul.az layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir. İstənilən İnternet istifadəçisi E-Pul.az sistemində qeydiyyatdan sonra sürətli online ödənişlər etmək imkanına malik olur.
Layihənin məqsədi — İnternet üzərindən bank kartları və Pul Kisəsi vasitəsi ilə aparılan ödənişləri hər bir internet istifadəçisi olan şirkətə və şəxsə əlçatan, rahat alətə çevirməkdir.
E-Pul.az Azərbaycanda Android və İOS sistemlərində işləyən-mobil tətbiqi təqdim edən və online rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan ilk ödəniş sistemidir. E-Pul.az layihəsi «Paysis» MMC tərəfindən hazırlanmışdır və bu şirkətə məxsusdur.
Müştərilərin xeyrinə ödənişlərin qəbulu «Bank of Baku» ASC-nin prosessinq mərkəzi tərəfindən həyata keçirilir.
www.E-Pul.az saytının etibarlılığı Thawte SSL, Verified by Visa və MasterCard SecureCode sertifikatları ilə təsdiq olunub.
Baxışımız — qısa zamanda Azərbaycanda lider şirkət olmaq və beynəlxalq səviyyədə tanınmaq. Uzun zamanda dünya miqyaslı tanınmış şirkət olmaq.
Missiyamız — istifadəçilərə bütün mümkün istiqamətlərdə, minimal xərclərlə, maksimal sürətlə, rahatlıqla, əlçatan və təhlükəsiz formada pul vəsaitlərinin köçürülməsinə imkan yaratmaqdır.