Şirkətin ilk Android smartfonu olan Nokia X yenidən təqdim ediləcək. Nokia X cihazının əməliyat sistemi Windows və Android-in bir növ qarışığı idi və Play Store yox idi. Bu eksperiment uğursuz alındı və şirkət smartfonu yenidən təqdim etmək qərarına gəlib. Çox güman ki cihaz tamamilə Android əməliyyat sistemi ilə çalışacaq. Smartfonun dizaynında ciddi dəyişikliklər gözlənilmir.
Yeni Nokia X 27 aprel tarixində Çində təqdim ediləcək.