Şəbəkədə əfsanəvi Grand Theft Auto oyununun növbəti seriyası haqqında məlumatlar yayılıb. Qeyd edilir ki, Rockstar Games ofislərində Red Dead Redemption 2 ilə yanaşı GTA VI oyunu üzərində də çalışmalar davam edir. Məlumdur ki, GTA VI-da süjet xətti Amerikanın müxtəlif ərazilərində baş tutacaq (kod adının Projec Americas olması da buna bir sübutdur).
Vice-City, Cənubi Amerikadan hansısa bir şəhər və digər lokasiylar təqdim ediləcək. Üstəlik baş qəhrəmanlar arasında xanım yer alacaq.
Xatırladaq ki, Rockstar Games 2013-cü ildə GTA V oyununu təqdim etmişdi və ötən ilədək şirkət 85 milyon ədəd satış gerçəkləşdirmişdi.