XDA saytının tərtibatçıları Xiaomi Mi 7 smartfonu haqqında daha ətraflı məlumat əldə ediblər. Belə ki, 8 nüvəli Qualcomm Snapdragon 845 prosessoru öz təsdiqini tapıb. Smartfona Anroid 8.0 Oreo əməliyyat sistemi MIUI 9 örtüyü ilə birgə quraşdırılacaq və Project Treble dəsətəyi mövcud olacaq. Xiaomi Mi 7-də OLED displeyi mövcud olacaq və Xiaomi tarixində ilk dəfə displyedə Always On funksiyası quraşdırılacaq. Qeyd edilir ki, sönülü vəziyyətdə ekranda saat, tarix, batareya vəziyyəti və 3 ədəd bildiriş görünəcək.
Qoşa kamera, infra qırmızı port, iki SİM-kart dəstəyi, şəkil və videoların elektron stabilizasiya sistemi, Dirac audio texnologiyası, NFC mövcud olacaq. Batareyanın həcminin isə 3170 mAh olacağı deyilir.