spot_img
22 ноября, 2024
ДомойСайтыСоциальные сервисыFacebook xəbər lenti alqoritmini dəyişdi

Facebook xəbər lenti alqoritmini dəyişdi

Facebook sosial şəbəkəsi xəbər lenti alqoritmini dəyişib. Bundan sonra istifadəçilər daha çox dost, qohum və tanışların paylaşdığı post, şəkil və videoları görəcəklər. Bu isə öz növbəsində o deməkdir ki, şirkət və biznes məqsədli postlara xəbər lentində daha az rast gəlinəcək. Bu barədə sosial şəbəkənin yaradıcısı Mark Zuckerberg öz profilində məlumat verib. O qeyd edib ki, son zamanlar istifadəçilərdən biznes və media məzmunlu postların xəbər lentində çoxalması haqqında çoxsaylı şikayətlər gəlir.

Biz Facebook-un, yəni sosial şəbəkənin əsas məqsədini unutmağa başlamışıq. Əsas məqsəd isə insanları yaxınları və dostları bağlamaq, daha da sosiallaşdırmaqdır. Artıq biz strategiyamızı dəyişirik. Bundan sonra Facebook daha az istifadə oluna bilər, amma daha böyük dəyərə malik olacaq, — deyə Mark Zuckeberg qeyd edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -