Android əməliyyat sistemi son yeniləmə ilə (Android 8.1 Oreo) Wi-Fi şəbəkəyə qoşulmadan öncə şəbəkənin sürəti haqqında məlumat əks etdirmək funksiyasını əldə edib.
Belə ki, Wi-Fi parametrlərdə 4 yeni bölmə yaranıb: «Çox sürətli», «Sürətli», «Ok», «Zəif». Google bildirir ki, kafe və digər ictimai obyektlərin əksəriyyətində Wi-Fi sürəti «Ok» olaraq göstərilir. Bu isə internetdə sadə striminq etməyə kifayət edir. «Çox Sürətli» və «Sürətli» parametrləri arasında isə fərq ondadır ki, ikincidə siz əksər videolara yüksək keyfiyyətdə baxa bilərsiz, birincidə isə istənilən videonu maksimal genişlənmədə izləyə bilərsiz.