Böyük, 7 düymlük displey ilə təchiz edilmiş Xiaomi Mi Max 3 demək olar ki, çərçivəsiz olacaq. Daxildən smartfon Qualcomm Snapdragon 630 prosessoru və Adreno 508 qrafik sürətləndiricisi ilə təchiz edilib. Lakin, qeyd edilir ki, smartfonun daha güclü Snapdragon 660 versiyası da satışa çıxarılacaq. Batareyanın həcmi isə nə az nə çox, düz 5500 mAh təşkil edəcək. Arxa paneldə barmaq izi skaneri və qoşa kamera mövcud olacaq. Xiaomi Mi Max 3-ün təqdimat tarixi və təxmini qiyməti haqqında hələlik heç bir məlumat yoxdur.