Belə ki, smartfonların zəifləməsi Li-ion batareyaları ilə bağlıdır. Köhnəldikdə, az enerji qaldıqda və ya soyuq hava şəraitində batareya yüksək təzyiqə dözmür. Prosessor maksimum güc nümayiş edərkən batareya lazım olan toku təmin edə bilmədiyinə görə smartfon sönür.
Bu problemi həll etmək üçün Apple ötən il iPhone 6, iPhone 6s və iPhone SE modellərinə xüsusi bir funksiya əlavə edib. Belə ki, prossesor öz pik gücünə çatarkən avtomatik olaraq sistem həmin gücü azaldır və smartfonda səhv və ya sönmə hallarının qarşısı alınır.