Concept Creator YouTube kanalı iPhone SE-nin ikinci nəsil modelinin necə ola biləcəyi haqqında video hazırlayıb. Xatırladaq ki, gəzən şayiələrə əsasən, Apple 2018-ci ildə SE modelinin ikinci variantını təqdim etməyə hazırlaşır. Videodan göründüyü kimi, yeni iPhone SE iPhone X dizaynında hazırlanıb və şüşə arxa paneldən ibarətdir. Çərçivəsiz ekran və daha kompakt ölçülər mümkün iPhone SE 2 smartfonunu təsvir edir.