HTTPS müdafiə olunmuş protokolu ilə yanaşı Google şirkəti istifadəçi təhlükəsizliyi üçün daha bir addım atıb. Belə ki, Google Android əməliyyat sistemində «TLS üzərinə DNS» mexanizmini sınaqdan keçirir. Məqsəd istifadəçilərin DNS sorğularını müdafiə etməkdir, hansı ki, HTTPS-in ən zəif nöqtələrindən biri sayılır.
Hal-hazırda hakerlər HTTPS qoşulma zamanı DNS-trafiki ələ keçirə bilirlər. Bundan başqa, internet provayderlər istifadəçilərin keçid aldığı bütün veb saytların IP-adreslərini izləyə bilirlər. «TLS üzərinə DNS» mexanizmi ilə isə bu boşluq aradan qalxacaq.