Xiaomi şirkəti öz smart cihazlar xəttinə yeni 70 Minutes Car Dashcam videorecorderi əlavə edib. Videonun qeydə alınması ilə yanaşı bu cihaz bir neçə digər funksiyalar ilə təchiz edilib. Onlar arasında səsli idarəetmə də var. Bu funksiya ilə sürücü diqqətini yoldan ayırmadan video qeydə ala bilər və şəkillər çəkə bilər.
Videorecorder silindir formasında hazırlanıb. On/off düyməsi işıqlandırma ilə təchiz edilib. 70 Minutes Car Dashcam kamerasında Sony IMX323 sensoru istifadə edilib, hansı ki, 1080p formatında video qeydə almağa imkan yaradır. Çəkilmiş material Wi-Fi ilə smartfona ötürülə bilər. Cihazın qiyməti 28 dollar təşkil edir.