Bütün reklam elanların yarısından çoxuna 45 yaş və üzəri olan istifadəçilər keçid edir. Bu tədqiqatı Yandex rəsmiləri keçirib. Ümumilikdə gündəlik olaraq 4.3 milyard reklam elanları çıxarılır ki, bunlardan da 8 milyon elanına istifadəçilər keçid edirlər. Bu reklam elanlarının 55%-nə 45 yaş və üzəri olan istifadəçilər klik edirlər.
Reklamlardan daha çox qadınlar istifadə edir. Ən az maraq göstərən isə gənc nəsildir: 18-24 yaş arası istifadəçilər reklamların cəmi 4%-ə keçirlər.