Facebook şirkəti saxta və yalan xəbər paylaşan səhifələrə reklam almağı qadağan edəcək.
Əgər səhifənin təqdim etdiyi xəbərlər tez-tez yalan olaraq işarələnərsə Facebook bu səhifənin reklam fəaliyyətini sonlandıracaq. Yalan və saxta xəbər mesajları azaldıqda isə bu səhifələr yenidən reklam ala biləcəklər. Məhdudiyyətin nə zaman aradan qaldırıla biləcəyi haqqında məlumat yoxdur.
Xatırladaq ki, cari ilin mart ayında Facebook yeni funksiya işə salmışdı. Bu funksiyanın köməyi ilə istifadəçilər postları yalan, spam və saxta olaraq işarələyə bilir. Bu tip işarələrin sayı çoxaldıqda isə səhifənin xəbər lentində yeri ləğv edilir.