Müştərilərin cəlb edilməsi üçün restoran şəbəkələri müxtəlif strategiyalara üz tutur. Məsələn, mobil tətbiq hazırlanması, bonus təklifi və s. KFC, daha da irəli gedərək, özünün smartfonunu təqdim edib. Cihaz KFC-nin Çinə gəlməsinin 30 illik yubileyi şərəfinə Huawei şirkəti ilə birgə hazırlanıb. Smartfon KFC Huawei 7 Plus adını alıb və 5000 ədəd satışa çıxarılacaq. Bu smartfonun sahibləri KFC restoranlarında bir neçə güzəştlər əldə edəcək.
Qeyd edək ki, smartfon 3 GB RAM, 32 GB daxili yaddaş (microSD yuva) ilə təchiz olunub. Digər xüsusiyyətlər haqqında hələlik məlumat verilmir. Smartfonun qiyməti təxminən 161 dollar təşkil edəcək.