May ayında I/O 2017 konfransı çərçivəsində Google şirkəti yeni Android 8.0 əməliyyat sistemini təqdim etmişdi. Bundan başqa, Google rəsmiləri elan etdilər ki, Google Play-də xüsusi quraşdırılmış antivirus olacaq. Bu həftədən etibarən Google Play Protect adlı antivirusun paylaşımına start verilib. Bu antivirus avtomatik olaraq smartfona quraşdırılmış bütün tətbiqləri yoxlayır və viruslara yoluxmuş tətbiqlərin yüklənməsinin qarşısını alır.
Google Play Protect antivirusu ilə smartfon itirilərsə, onun yerini tapmaq, zəng etmək, blok etmək kimi xüsusiyyətlərə də malikdir. Bundan başqa, antivirus internet brauzerlərdə də təhlükəli səhifələr haqqında istifadəçini məlumatlandıracaq.