Məşhur @OnLeaks şəbəkəyə iPhone 8-in qara rəngli versiyasının görüntülərini yerləşdirib. Şəkillərdən məlum olur ki, displey smartfonun bütün ön panelini örtür. «Home» düyməsi yoxdur, bu da barmaq izi skanerinin ekranın altına yerləşdiriləcəyi anlamına gəlir. Vertikal şəkildə quraşdırılmış qoşa kameranı da görmək olar. Qeyd edilir ki, Taptic Engine texnologiyası, OLED-displey, A11 prosessoru, simsiz enerji doldurma texnologiyası da yeni smartfonda inkişaf etdiriləcək.