Metal korpusa quraşdırılmış cihazın 5.5 düymlük AMOLED (Full HD) displeyi var. Oppo R11 smartfonu Snapdragon 660 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 20/16 mpxl. qoşa kamera modulu, 20 mpxl. selfi-kamera, 2900 mAh. batareya ilə təchiz olunub. Cihaz Android 7.1 Nougat əməliyyat sistemi ilə çalışır. Örtük original Color OS-dir.
Oppo R11 smartfonu Çində 10 iyundan etibarən satışa çıxarılacaq. Qiymət təxminən 485 dollar təşkil edəcək.