Bu günlərdə Trend Micro mütəxəssisləri Play Market-də 800-ə yaxın virusa yoluxmuş tətbiq aşkarlayıblar. Virus şəxsi məlumatları oğurlayır, əlavə tətbiqləri istifadəçinin icazəsi olmadan cihaza yükləyir. Təhlükəli virusun adı Xavier-di. O, AdDown sinfinin nümayəndəsi hesab edilir.
Virusdan ən çox zərər çəkmiş region Cənub-Şərqi Asiyadır. Vyetnam, İndoneziya və Fillipin sakinləri Xavier virusunu bir neçə milyon dəfə yükləyiblər. ABŞ və Avropa ölkələrində rəqəmlər daha qənaətbəxşdi.