Çin sosial şəbəkəsi olan Weibo insider Google Pixel 2 smartfonunun hərtərəfli görüntülərini yerləşdirib. Küncləri yüngül əyilmiş smartfon zahirən Samsung Galaxy S8 smartfonunu xatırladır. Ön paneldə selfie-kamera və dinamik quraşdırılıb.
Arxa paneldə üfuqi şəkildə mərkəzdə qoşa kamera və barmaq izi skaneri yerləşdirilib. Alt hissədə qulaqcıqlar üçün 3.5 mm yuva və USB Type-C üçün yuva var. Xatırladaq ki, Google Pixel 2 cari ilin payız aylarında təqdim olunacaq.