Bu il iPhone xətti smartfonlarının 10 illik yubileyidir. Buna görə də istifadəçilər maraqlı yeniliklər gözləyir. Bu yaxınlarda şəbəkədə yeni iPhone-un canlı şəkilləri yayılıb. Şəkillərdən görünür ki, smartfonun arxa paneli alumimium deyil, şüşədən hazırlanıb. Bu isə o deməkdir ki, iPhone 8-də simsiz enerji yığma texnologiyası olacaq.
Hər iki panel 2.5D şüşə ilə örtüləcək, çərçivə isə aluminiumdan hazırlanacaq. Şüşə panelin altında OLED-displey yerləşdiriləcək. Home düyməsi isə çox güman ki, ekranın altına quraşdırılacaq.
Qeyd edək ki, yayılmış şəkillərin nə dərəcədə həqiqətə uyğun olması məlum deyil. Hər şey cari ilin sentyabr ayında keçiriləcək təqdimat mərasimində bəlli olacaq.