The Investor bildirir ki, Galaxy S8 və S8+ üçün edilən öncədən sifarişlər rekord qırır. Belə ki, 7-9 aprel tarixlərində təkcə Cənubi Koreyada 550 min nəfər S8 və S8+ modelini öncədən sifariş edib. Müqayisə üçün qeyd edək ki, Galaxy S7 üçün bu rəqədm 100 min nəfər, Note 7 modeli üçün isə 200 min təşkil etmişdi.
Ekspertlərin rəyinə əsasən, Samsung şirkəti il ərzində 45-50 milyon Galaxy S8 smartfonunu bazara çıxaracaq. Bütün bunlar Samsung şirkətinin Note 7 ilə bağlı hadisədə çəkdiyi ziyanı bağlayacağı qeyd edilir.
Xatırladaq ki, Galaxy S8 21 aprel satışa çıxarılacaq.