Samsung şirkəti Galaxy Note 7 modelinin satışlarını bərpa etmək qərarına gəlib. Cari ilin iyun ayında satışların yenidən start götürəcəyi və Hindistan, Vyetnam və digər inkişaf etməkdə olan bazarlara çıxarılacağı qeyd edilir.
Lakin, bərpa olunmuş cihazların batareyaları 3500 mAh deyil, 3000-3200 mAh olacaq ki, bu da məlum problemlərin yenidən yaşanmaması üçündür.