Məşhur insider Evan Blass Samsung Galaxy S8 Plus flaqmanının ətraflı göstəricilərini şəbəkəyə yerləşdirib.
Beləliklə, flaqman 6.2 düymlük kənarları yuvarlaq Super AMOLED Quad HD-ekran, 12 və 8 mpxl. əsas və frontal kameralar, Dual Pixel texnologiyası, 4 GB RAM və 64 GB daxili yaddaş (microSD dəstəyi), göz bəbəyi skaneri, simsiz enerji yığılması texnologiyası, su və tozdan IP68 standartlı müdafiə texnologiyası ilə təchiz olunub.
Smartfonun təqdimatı 29 martda nəzərdə tutulub. Flaqmanın qiymətinin 799 (kiçik versiya) və 899 avro olacağı bildirilir.