Samsung-a yaxın olan müxtəlif mənbələrdən yayılan məlumatlara əsasən, yeni Galaxy S8 modelində displeyin böyük olması üçün ön paneldən barmaq izi skaneri, «home» düyməsi və şirkət loqotipi ləğv oluna bilər. Skaner arxa panelə, kameranın alt hissəsinə keçəcək, «home» düyməsi displeyə quraşdırılacaq.
Xatırladaq ki, daha öncə verilən məlumata görə, Galaxy S8 və S8 Plus modelləri müvafiq olaraq 5.8 və 6.2 düymlük Quad HD displeylər, Snapdragon 835 və Exynos prosessorları, 4 və 6 GB RAM, minimum 64 GB daxili yaddaş, 3000 və 3500 mAh batareya ilə təchiz olunacaqlar.