Sony şirkəti Barselonada keçirilən MWC 2017 sərgisində dörd yeni məhsul təqdim edib.
Xpera XZ Premium flaqman smartfonları sırasına daxildir. 5.5 düymlük 3840 x 2160 displey, HDR məzmunun göstərilməsi, oyunların və digər video materialların Full HD təqdim edilməsi smartfonun statusu təsdiqləyir.
Cihazın daxilində Snapdragon 835 prosessoru, 4 GB RAM / 64 GB daxili yaddaş və microSD yuva quraşdırılıb.
Əsas kamera 19 mpxl. təşkil edir. Qiymət: 800 dollar.
Xperia XZs modeli isə XZ Premium-un bir növ kiçik qardaşı sayıla bilər. Daha kompakt olan bu smartfonun displey ölçüsü 5.2 düym təşkil edir (IPS LCD Full HD). Snapdragon 820, 4 GB RAM və 19 mpxl. kamera bu cihazı da flaqmanlar sırasına daxil etməyə kifayət edir. Batareya 2900 mAh-dir. Qiymət: 699 dollar.
Xperia XA1 Ultra orta satış seqmentinə aid smartfondur. Dipleyin ölçüsü 6 düym təşkil edir (1920 x 1080). MediaTek Helio P20 8 nüvəli prosessoru və 4 GB RAM / 64 GB daxili yaddaş cihazın daxilinə quraşdırılıb. Kamera 23 mpxl., batareya 2700 mAh təşkil edir. Qiymət məlum deyil.
Xperia XA1 smartfonu Helio P20 prosessoru və 3 GB RAM tandemi ilə çalışır. Displeyin ölçüsü 5 düym təşkil edir (HD). Batareyanın həcmi isə 2300 mAh-dir. Əsas kamera 23 mpxl., ön kamera isə 8 mpxl. təşkil edir. Qiymət: 299 dollar.