spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныMWC 2017: Sony dörd yeni model təqdim edib — Xperia XZ Premium,...

MWC 2017: Sony dörd yeni model təqdim edib — Xperia XZ Premium, Xperia XZs, Xperia XA1 Ultra və Xperia XA1

Sony şirkəti Barselonada keçirilən MWC 2017 sərgisində dörd yeni məhsul təqdim edib.

Xpera XZ Premium flaqman smartfonları sırasına daxildir. 5.5 düymlük 3840 x 2160 displey, HDR məzmunun göstərilməsi, oyunların və digər video materialların Full HD təqdim edilməsi smartfonun statusu təsdiqləyir.

Cihazın daxilində Snapdragon 835 prosessoru, 4 GB RAM / 64 GB daxili yaddaş və microSD yuva quraşdırılıb.
Əsas kamera 19 mpxl. təşkil edir. Qiymət: 800 dollar.

Xperia XZs modeli isə XZ Premium-un bir növ kiçik qardaşı sayıla bilər. Daha kompakt olan bu smartfonun displey ölçüsü 5.2 düym təşkil edir (IPS LCD Full HD). Snapdragon 820, 4 GB RAM və 19 mpxl. kamera bu cihazı da flaqmanlar sırasına daxil etməyə kifayət edir. Batareya 2900 mAh-dir. Qiymət: 699 dollar.

Xperia XA1 Ultra orta satış seqmentinə aid smartfondur. Dipleyin ölçüsü 6 düym təşkil edir (1920 x 1080). MediaTek Helio P20 8 nüvəli prosessoru və 4 GB RAM / 64 GB daxili yaddaş cihazın daxilinə quraşdırılıb. Kamera 23 mpxl., batareya 2700 mAh təşkil edir. Qiymət məlum deyil.

Xperia XA1 smartfonu Helio P20 prosessoru və 3 GB RAM tandemi ilə çalışır. Displeyin ölçüsü 5 düym təşkil edir (HD). Batareyanın həcmi isə 2300 mAh-dir. Əsas kamera 23 mpxl., ön kamera isə 8 mpxl. təşkil edir. Qiymət: 299 dollar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -