Moto G xətti qiymət & keyfiyyət göstəriciləri baxımından istifadəçilər üçün olduqca sərfəli və maraqlıdır. «Təmiz» Android, sadə və sərt dizayn bir çox istifadəçini Motorola həvəskarına çevirib.
Venturebeat-in məlumatına əsasən, yeni Moto G5 5 düymlük, G5 Plus isə 5.2 düymlük displey ilə təchiz ediləcək. Moto G4 və G4 Plus-da displey 5.5 düymlük olsa da, qeyd edək ki, yeni Moto G5-in ekran ölçüləri bir qədər az, lakin genişlənməsi daha çoxdur (FullHD).
Moto G5 Snapdragon 430, G5 Plus isə Snapdragon 625 prosessoru ilə təchiz ediləcək. Hər iki model 2 GB RAM, G5 32 GB daxili yaddaş, G5 Plus isə 64 GB daxili yaddaş ilə təchiz ediləcək. MicroSD dəstəyi hər iki cihazda mövcud olacaq. Batareya 2800 mAh təşkil edəcək.
G5 Plus modelində 12 mpxl., G5-də isə 13 mpxl. kameralar quraşdırılacaq. Hər iki cihazda 5 mpxl. selfi-kamera da mövcud olacaq.
Yeni modellərin təqdimatı MWC 2017 sərgisi çərçivəsində baş tutacaq.