Nokia brendinin sahibi HMD Global şirkəti bu il Barselonada keçiriləcək MWC 2017 sərgisində yeni Nokia smartfonlarını təqdim edəcək. Qeyd edilir ki, təqdim olunacaq cihazlar arasında əfsanəvi Nokia 3310 modelinin də müasir versiyası yer alacaq. Bu telefon rəsmi olaraq Nokia brendinin ən populyar cihazı sayılır.
Gəzən şaiyələrə əsasən, Nokia 3310 artıq bir smartfon olacaq və böyük ehtimalla flaqman göstəricilərinə sahib olacaq.