Venture Beat bildirir ki, LG G6 flaqmanı ABŞ-da 7 aprel tarixində təqdim ediləcək. Beləliklə, LG flaqmanı Samsung Galaxy S8-dən bir neçə həftə daha tez təqdim olunacaq (Galaxy S8-in təqdimat tarixi 21 apreldir).
LG G6 5.7 düymlük QHD+LCD displey (18:9; 1440 x 2880) ilə təchiz ediləcək. Gözlənilir ki, LG G6-da su və tozdan müdafiə sistemi, əsas qoşa kamera, qoşa rəngli işıq quraşdırılacaq. Smartfon Snapdragon 835 prosessoru ilə çalışacaq.