Nokia şirkəti Avropada «Viki» brendinin qeydiyyatı üçün sorğu göndərib. Sorğuda virtual köməkçi (böyük ehtimalla səsli assistent) proqram təminatı haqqında məlumat qeyd olunub.
Xatırladaq ki, cari ilin sonunadək Nokia 6 smartfon təqdim etməyi planlayıb. Məhz buna görə də səsli köməkçinin tərtib olunması təəccüblü deyil.