The Wall Street jurnalı məlumat verir ki, Amazon özünün «Prime Video» adlı video servisini cari ilin sonuna qədər dünyanın 200 ölkəsində aktiv edəcək. Hələlik servis yalnız ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya və Yaponiyada xidmət göstərir.
Top Gear-ın keçmiş, hal-hazırda isə The Grand Tour verilişinin aparıcısı Cimi Klarkson öz tvitterində məlumat verib ki, Amazon-dan yeni şou dünyanın 200 ölkəsi üçün əlçatan olacaq.