PhoneArena 2016-cı ilin flaqman smartfonlarını enerji saxlama xüsusiyyətinə görə sınaqdan keçirib. Sınaq zamanı bütün smartfonlar eyni ssenari üzrə eyni parametrlərdə çalışıblar.
Nəticədə iPhone 7 Plus smartfonu rəqibləri arasında ən uzunömrlü seçilib. Apple flaqmanı 9 saat 5 dəqiqə aktiv olub. İkinci pillədə Apple şirkətinin digər məhsulu iPhone 7 qərarlaşıb, hansı ki 7 saat 46 dəqiqə işləyib. Cəmi 1 dəqiqə daha az nəticə göstərən Google Pixel ilk üçlüyü qapayıb.