Samsung şirkəti Galaxy Note 7 ilə yaşanmış problemlər səbəbi ilə Note brendindən birdəfəlik imtina edə bilər. Belə ki, şirkət rəsmiləri düşünür ki, son zamanlarda alışan batareya problemi Note brendinin populyarlığına ağır zərbə vurub.
Keçirilmiş sorğuya əsasən, 50% respondent Note haqqında mənfi fikir bildirib. Yeganə çıxış yolu kimi brendin tamamilə ləğv edilməsi görünür. Lakin, Galaxy brendindən imtina olunacağı gözlənilmir, çünki rebrendinq şirkətə baha başa gələcək.