WSJD Live konfransında Facebook məhsulu üzrə direktor Kris Koks videoları tanınmış rəssamların əsərləri formasında olan filtrlər ilə redaktə etməyə imkan yaradan tətbiqi elan edib. Servisi daha çox «Prisma-nın analoqu» kimi təqdim ediblər.
Yeni tətbiqin nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil. Lakin, bu addımın rəqib olan Prisma-ya zərbə vuracağı istisna edilimir, çünki bir müddət əvvəl Prisma videoların redaktə edilməsi funksiyasını əlavə etmək niyyətində olduqlarını bəyan etmişdi.