Görünür ki, yalnız Samsung cihazları problemli batareyalardan zərər çəkmir. Son zamanlarda Apple iPhone 7 smartfonlarında da batareya problemləri ilə bağlı şikayətlər yayılıb.
Belə ki, ötən həftə bir iPhone 7 Plus istifadəçisi smartfonunun partladığını bildirib. Onun sözlərinə görə, cihaz istifadə və ya enerji yığma zamanı deyil, daşınma əsnasında partlayıb. Yanğın baş verməsə də, cihaz tamamilə yararsız hala gəlib.
Başqa bir istifadəçi isə cihazın partlamasından deyil, batareyanın şişərək korpusu sındırdığı üçün şikayət bildirib. Rəsmi Apple hələlik bu hadisələrə şərh bildirməyib.