spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi Mi 5s və 5s Plus rəsmən təqdim olunublar

Xiaomi Mi 5s və 5s Plus rəsmən təqdim olunublar

Xiaomi şirkəti yeni flaqmanları olan Mi 5s və 5s Plus modellərini təqdim edib.

Xiaomi

Hər iki smartfon Snapdragon 821 prosessoru ilə təchiz olunub, hansı ki, Qualcomm şirkəti tərəfindən ən sürətli prosessor adlandırılır. Cihazlar ultrasəs barmaq izi skaneri (Qualcomm Sense ID) ilə də təchiz ediliblər. Yeni flaqmanlar metal korpusdan ibarətdir, USB Type-C mövcuddur.

Xiaomi

Xiaomi Mi 5s modeli 5.15 düymlük Full HD (1920×1080) displey, 12 mpxl. əsas, 4 mpxl. ön kamera, 3200 mAh batareya, Quick Charge 3.0 sürətli enerji yığma texnologiyası ilə təchiz olunub. Smartfon iki versiyada təqdim olunur: 3 GB RAM / 64 GB daxili yaddaş və 4 GB RAM / 128 GB daxili yaddaş.

Xiaomi Mi 5s Plus modeli 5.7 düymlük Full HD (1920×1080) displey, 13 mpxl. qoşa əsas kamera, 8 mpxl. ön kamera, 3800 mAh batareya ilə təchiz olunub. Bu cihaz da iki versiyada təqdim olunur: 4 GB RAM / 64 GB daxili yaddaş və 6 GB RAM / 128 GB daxili yaddaş.

Cihazlar Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışır.

29 sentyabr tarixində satışa çıxarılacaq smartfonların rəsmi qiymətləri: Xiaomi Mi 5s 299 və 344 dollar; Xiaomi Mi 5s Plus 344 və 389 dollar (versiyadan asılı olaraq).

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -