Niantic şirkətinin icraçı direktoru Con Xanke etiraf edib ki, mobil oyun öz populyarlığını itirməkdə davam edir. Oyunun elan edilməsindən 2 ay sonra 500 milyon istifadəçi tərəfindən yüklənən və 74 gün ərzində Play Market reytinqində zirvəni qoruyan Pokemon GO yerini Clash Royale oyununa verib.
Twitter-in məlumatlarına əsasən, 1.7 milyon yüklənmə statistikası 7 sentyabr tarixində 90% geriliyərək 131 minə çatmışdır. Bu isə oyunun artıq istifadəçilərin maraq dairəsində olmadığını göstərir.