Qoşulma punktları kafe, ticarət mərkəzi və digər bu kimi ictimai yerlərdə mövcud olacaq. Xatırladaq ki, bir il öncə Google Hindistanın dəmiryolu stansiyalarını pulsuz Wi-Fi ilə təmin edib.
Indian Railways adlı dövlət qurumu ilə tərəfdaşlıq müqaviləsi imzalanaraq təxminən 52 stansiya pulsuz Wi-Fi ilə təmin olunmuşdu. Aylıq auditoriyanın sayı 3.5 milyona çatır.
İndi isə şirkət bütün dünyanı bu servislə təmin etmək niyyətindədir.