Sensor Tower-in statistikasına əsasən, Pokemon GO təqdim olunduğu gündən etibarən bir ay ərzində tərtibatçılara 200 milyon dollar qazandırıb. Müqayisə üçün bildirək ki, bu göstərici Clash Royale və Candy Crush Soda Saga-nın ilk 30 günə əldə etiyi gəlirdən iki dəfə çoxdur.
Əsas gəlir mənbəyi oyun daxilində gerçəkləşən alış-verişlərdir. Belə ki, istifadəçilər pulla müxtəlif ödənişli xidmətlərdən istifadə edirlər. Bunlar arasında pokebol və pokemonların cəlb edilməsi üçün «lur»-ları qeyd etmək olar.